“Koti” ləqəbli tiktoker həbs edildi
“Koti” ləqəbi ilə tanınan 25 yaşlı TikTok bloqçusu Zeynəb Zeynallı məhkəmə qərarı ilə həbs olunub.
Crossmedia.az xəbər verir ki, məhkəmə Zeynallının "this.koti" səhifəsində təxminən 300.000 izləyicisi qarşısında ədəbsiz ifadələr işlətdiyini və cəmiyyətə hörmətsizlik nümayiş etdirdiyini müəyyən edib. Bloqçu məhkəmədə günahını etiraf edib.
Geniş auditoriyası və paylaşımlarının təkrarlanan xarakteri nəzərə alınaraq, məhkəmə ona səkkiz günlük inzibati həbs cəzası verib. Zeynallı məhkəmə iclasından sonra istintaq təcridxanasına göndərilib.
11:11 21.02.2026
Oxunuş sayı: 544