13 yaşlı piyadanı maşın vurub: Vəziyyəti ağırdır
Xaçmaz rayonunda 13 yaşlı piyadanı maşın vurub.
Crossmedia.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun Ağaşirinoba kənd sakini 13 yaşlı Ağabalayev Elmar Elnur oğlu yolu keçmək istəyərkən avtomobil vurub.
Yeniyetmə ciddi bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Ağabalayevin vəziyyəti ağır olduğu üçün tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisələrindən birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
21:25 20.02.2026
Oxunuş sayı: 620