Bakıda qaraçı qadınlar hicab bağlayıb marketi taladı - ŞOK TƏFƏRRÜATLAR
Bu gün paytaxtın Keşlə qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, bir neçə hicablı qadın Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, şübhəlilər dilənçi və tüfeyli həyat sürən şəxslər olub:
“Mağazadan bir neçə qutu tütün məmulatını talayıblar. Hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır”.
Qeyd edək ki, bu barədə ilk məlumatı “Globalinfo.az” yayıb.
***
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 5 nəfər müəyyən olunaraq saxlanılıblar.
17:42 20.02.2026
Oxunuş sayı: 647