Ağaclıq ərazilərdə güclü yanğın başlayıb
Beyləqan və Yevlax rayonları ərazisində kolluq və ağaclar olan ərazidə güclü yanğın başlayıb.
Crossmedia.az xəbər verir ki, bölgədə havanın küləkli keçməsi qısa müddətdə yanğının miqyasını genişləndirib.
Hazırda hər iki istiqamətdə yanğınsöndürən briqadaları alovla mübarizə aparır.
Geniş ərazidə xeyli sayda ağac və bitki kolları yanaraq məhv olub. (APA)
21:32 19.02.2026
Oxunuş sayı: 613