“Crescent Mall” qarşısında faciəvi yol qəzası
Ötən gün axşam saatlarında paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, Neftçilər prospektinin “Crescent Mall” Ticarət Mərkəzinin qarşısından keçən hissəsində minik avtomobili yolu keçməyə çalışan xanım piyadanı vurub.
Ağır xəsarət alan şəxs hadisə yerində ölüb.
Qeyd edək ki, hadisə yerinin yaxınlığında yeraltı piyada keçidi mövcuddur.
13:53 19.02.2026
Oxunuş sayı: 486