Gəncədə yol qəzası baş verib - Xəsarət alanlar var
Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, qəza zamanı 1961-ci il təvəllüdlü Allahyar Ramazanov, 1987-ci il təvəllüdlü Zabit Verdiyev və 1986-cı il təvəllüdlü Samirə Qurbanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin yardım göstərilib, vəziyyətləri kafidir.
Hadisənin səbəbləri araşdırılır.(Teleqraf)
22:00 17.02.2026
Oxunuş sayı: 479