MEK-in Kitabxana xidməti üzrə direktor müavini Şəhla Quliyeva Təşəkkürnamə ilə təltif olunub
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Kitabxana xidməti üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Şəhla Quliyeva 55 illik yubileyi münasibətillə Təşəkkürnamə ilə təltif edilib.
Crossmedia.az xəbər verir ki, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Ş.Quliyevanın kitabxana-informasiya sahəsində səmərəli fəaliyyətini, elmi-təşkilati işlərin təkmilləşdirilməsində göstərdiyi xidmətləri və oxuculara yüksək səviyyəli xidmətin təşkilindəki rolunu xüsusi vurğulayıb.
Bildirilib ki, Şəhla Quliyeva uzun illərdir kitabxana sahəsində peşəkar fəaliyyəti, təşəbbüskarlığı və məsuliyyətli yanaşması ilə seçilir.
Daha sonra H.Hüseynov yubilyara Təşəkkürnaməni təqdim edərək, möhkəm cansağlığı, yeni-yeni uğurlar və gələcək fəaliyyətində nailiyyətlər arzulayıb.
15:16 17.02.2026
Oxunuş sayı: 676