Balıqçı faciəvi şəkildə həyatını itirib
Lənkəranda balıqçı faciəvi şəkildə həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Aşağı Nüvədi kəndi ərazisində, Xəzər dənizi sahilində baş verib.
Belə ki, Bakı şəhərində yaşayan, 1967-ci il təvəllüdlü Məmməd Quliyev doğma rayonuna qonaq gəlib. Balıq tutmaq məqsədilə dənizə gedən şəxs ehtiyatsızlıq nəticəsində boğularaq həyatını itirib.
Yaxınlarının bildirdiyinə görə, Xəzər dənizinin geri çəkilməsi nəticəsində həmin ərazidə quyu və kanallar yaranıb. Əslində əraziyə bələd olan M.Quliyev sonradan formalaşan bu təhlükəli sahələrdən xəbərsiz olub və məhz həmin nöqtədə boğulub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
23:56 16.02.2026
Oxunuş sayı: 328