Gəncədə yanğın olub: Zəhərlənənlər var
Gəncədə yanğın olub.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb edilib.
Yanğın söndürülüb, yanğın zamanı 2004-cü il təvəllüdü G.Nəbiyeva,1989-cu il təvəllüdlü N.Mövsümov tüstüdən zəhərlənib. Zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə aidiyyatı qurumaların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
21:17 16.02.2026
Oxunuş sayı: 692