Məşhur şair vəfat etdi
Məşhur şair vəfat etdi.
Crossmedia.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Qeyd edəki ki, Musa Ələkbərli 1950-ci ildə aprelin 25-də Gədəbəy rayonu, Ataxal kəndində anadan olub.
Orta məktəbi Böyük Qaramurad kəndində bitirib. ADU-nin filologiya fakültəsini bitirib. Gənclik nəşriyyatında yeniyetmələr üçün ədəbiyyat redaksiyasının redaktoru vəzifəsində işləyib.
Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. "Pərvanə " ədəbi dərnəyinin rəhbəri olub. Bir neçə tərcümələr edib. "Məndən şer istə", "Ürəyimin işığında", "Bəlkə bir də görüşdük", "Gözlərim yol çəkir", "Aydanım ay işığı", "Gözümdə ağlayan bulud" və s. kitabların müəllifi olub. Bir çox kitabların redaktoru olub, ön söz yazıb. "Şur" nəşriyyatının direktoru vəzifəsində çalışıb.
14:13 15.02.2026
Oxunuş sayı: 560