Bu nazirin müavinləri İŞDƏN ÇIXARILDI
Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.
Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Sayt yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlayıb. O, məlumatı təkzib etməyib və telefonu söndürüb. (Manşet.az)
18:27 14.02.2026
Oxunuş sayı: 632