Könül Vəlibəylinin qızından YENİ XƏBƏR VAR
Noyabrın 21-də Yasamal rayonunda baş vermiş yanğın hadisəsi zamanı xəsarət alan Ləman Qulamovanın stasionar müalicəsi Terapiya şöbəsində stabil vəziyyətdə davam etdirilir.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.
Klinikadan əlavə edilib ki, pasiyentin sağlamlıq durumu mütəmadi nəzarətdə saxlanılır.
Xatırlatma: Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamova ötən il noyabr ayının 24-də “Yeni Klinika”ya köçürülüb.
Yanğın zamanı 2018-ci il təvəllüdlü Arzu Qənbərli, 1983-cü il təvəllüdlü Samir Məhəmmədov və 1977-ci il təvəllüdlü Könül Hümbətova (Vəlibəyli) tüstüdən zəhərləniblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Kübra Musayeva
17:50 12.02.2026
Oxunuş sayı: 642