Evdən qadın meyiti tapıldı
Bakıda evdən meyit tapılıb.
Crossmedia.az xəbər verir ki, hadisə Nizami rayonu, C.Naxçıvani küçəsində qeydə alınıb.
78 yaşlı Vera Pavlovna Kirilovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun nədən öldüyü bilinmir.
Araşdırma aparılır.
18:55 12.02.2026
Oxunuş sayı: 705