Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək
Dünən Türkiyədə vəfat edən sabiq deputat Fəzail Ağamalı ilə vida mərasimi keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə mərhumun qızı, millət vəkili Günay Ağamalı paylaşım edib.
O bildirib ki, vida mərasimi bu gün saat 12:00-da Heydər məscidində keçiriləcək.
Dəfndən sonra Heydər məscidində hüzr mərasimi təşkil olunacaq.
Mərhumun 3-7 mərasimi isə 12 fevral saat 11:00-15:00 aralığında Heydər məscidində keçiriləcək.
09:32 10.02.2026
Oxunuş sayı: 527