Yeni hədəf: Mənbic
Suriya Milli Ordusunun (SNA) üsyançılarının böyük hərbi kolonları hazırda PKK/YPG terrorçularının nəzarətində olan Menbiç şəhərinə doğru irəliləyir.
Crossmedia.az xəbər verir ki, bu hücum bölgədəki vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər.
Menbic Türkiyə ilə sərhəddən cəmi 30 kilometr uzaqlıqda olan, Suriyanın Hələb vilayətinin ikinci ən böyük şəhəridir. Üç rayonun qovşağında yerləşdiyi üçün nəqliyyat qovşağı kimi böyük strateji əhəmiyyətə malikdir.
Qeyd edək ki, Mənbic Latakiyanı Hələb, Rakka, Deyr əz-Zor şəhərləri və Cəzirə bölgələri ilə birləşdirən M4 magistral yolunda mühüm iqtisadi mərkəzdir. Yerləşdiyi yerə görə şəhər müxtəlif regional və beynəlxalq güclərin ziddiyyətli maraqlarını əks etdirən əsas qovşağa çevrilib.
Gültac Mehdizadə
17:51 03.12.2024
Oxunuş sayı: 6300