Azərbaycan Efiopiya və Gürcüstandan qızılgül almağa başlayıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 11,2 milyon ABŞ dolları dəyərində 8,4 milyon ədəd qızılgül gətirilib.
Crossmedia.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20 %, kəmiyyət olaraq – 23 % çoxdur.
Hesabat dövründə Azərbaycan Ekvadordan 8,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11 % çox) 5,4 milyon ədəd (+7 %), Kolumbiyadan 1 milyon ABŞ dolları dəyərində (+32 %) 771 min ədəd (+36 %), Keniyadan 894 min ABŞ dolları dəyərində (+37 %) 624 min ədəd (+12 %), İrandan 634 min ABŞ dolları dəyərində (+6,3 dəfə) 1,11 milyon ədəd (+9,4 dəfə), Niderlanddan 172 min ABŞ dolları dəyərində (-14 %) 141 min ədəd (-20 %) məhsul alıb.
Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Efiopiyadan tədarük (29 min ABŞ dolları dəyərində 22,8 min ədəd) və Gürcüstandan (6 min ABŞ dolları dəyərində 12 min ədəd) həyata keçirilib.(Report)
18:53 02.02.2026
Oxunuş sayı: 327