Türkiyədə dəhşətli qəza -26 yaralı
Türkiyənin Tekirdağ vilayətindən Antalyaya gedən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.<
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
"İlkin məlumata görə, avtobus qəzasında səkkiz vətəndaşımız ölüb, 26 nəfər yaralanıb", - vali deyib.
Qəza bu gün səhər saat 10:30 radələrində Antalya-İsparta magistral yolunda baş verib. Belə ki, sərnişin avtobusu Antalyanın girişində əsas yoldan çıxaraq aşıb və xəndəyə düşüb.
Əlavə məlumat veriləcək.
13:49 01.02.2026
Oxunuş sayı: 516