Baş nazir parlamenti buraxdı
Yaponiyanın Baş naziri Sanae Takaichi 8 fevrala təyin olunmuş növbədənkənar parlament seçkiləri ərəfəsində ölkə parlamentini buraxıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Parlamentin buraxılması ilə bağlı qərar rəsmi şəkildə bu gün səhər elan olunub. Yaponiya Parlamentinin spikeri tərəfindən Baş nazirin məktubu plenar iclasda oxunub və bununla da qanunverici orqanın səlahiyyətlərinə xitam verildiyi rəsmiləşdirilib.
Mərasim zamanı deputatlar Yaponiyada parlamentin buraxılması ilə bağlı formalaşmış ənənəyə uyğun olaraq “banzai” şüarını səsləndiriblər.
Parlamentin buraxılması ölkədə seçki kampaniyasının rəsmi şəkildə başladığını göstərir və Yaponiyanın siyasi gündəmində yeni mərhələnin açılması kimi qiymətləndirilir.
14:15 23.01.2026
Oxunuş sayı: 538