İlham İsmayıldan əməliyyatdan sonra səhhəti ilə bağlı AÇIQLAMA
Təhlükəsizlik üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl mədəsində yaranan problem səbəbilə əməliyyat olunub.
Crossmedia.az-ın məlumatına görə, o bildirib ki, ürək və virus əleyhinə dərmanların uzunmüddətli qəbulu mədəsində ciddi qanaxmaya səbəb olub.
Yanvarın 18-də DTX Hospitalına yerləşdirilən İ.İsmayıla qan köçürülüb. Hazırda reanimasiyadan palataya köçürülüb, vəziyyəti stabildir və həkim nəzarətindədir. (oxu.az)
16:25 23.01.2026
Oxunuş sayı: 648