Kommunal xərclərə nəcə qənaət edə bilərsiniz? - Ekspert sirrləri açıqladı
Müasir tikinti sahəsində yalnız estetik görünüş və funksionallıq kifayət deyil. Hər bir binanın enerjiyə qənaət edən, uzunömürlü və təhlükəsiz olması da ən vacib tələblərdəndir. Bu gün enerji resurslarının qiymətləri artdıqca və yaşayış komfortu daha çox önəm qazandıqca, düzgün izolyasiya olmadan həm iqtisadi, həm də praktiki baxımdan müasir tikililərin tam potensialı təmin edilə bilməz. İzolyasiya yalnız istilik itkisini azaldan və kommunal xərcləri optimallaşdıran vasitə deyil. O, tikililərin uzunömürlülüyünü təmin edir, səs və istilik komfortunu yüksəldir, həmçinin yanğın təhlükəsizliyi və infrastruktur layihələrində (tunellər, körpülər, viaduqlar) həyati rol oynayır. Bu səbəbdən izolyasiya materialları artıq tikinti prosesində əlavə seçim deyil, mütləq və əsas element hesab olunur.

Evlərdə kommunal xərclərə qənaət etməyin yolu barədə ev tikintilərində izolyasiya üzrə ekspert, İş Adamları Cəmiyyəti Milli Assosasiyasının İdarə Heyətinin üzvü Natiq Aydayev Crossmedia.az-a öz danışıb: "İzolyasiya məhsulları yalnız kommunal xərclərə qənaət üçün nəzərdə tutulmayıb. Fasadın izolyasiyası istiliyin yayılmasını azaldaraq qaz sərfiyyatını azaltsa da, izolyasiyanın əsas funksiyaları və üstünlükləri bundan qat-qat genişdir. İzolyasiyanın bir neçə əsas faydası var. Birincisi, inşaat konstruksiyalarının uzun ömürlülüyü və qorunması, yəni materiallar tikililəri xarici təsirlərdən qoruyur. İkincisi, İstismar xərclərinə qənaət – enerji səmərəliliyi sayəsində büdcəyə dəstək olur. Üçüncüsü, komfortlu yaşam şəraiti – düzgün izolyasiya ilə iç məkan temperaturu stabilləşir. Dördüncüsü, səs izolyasiyası və rahatlıq – həm səs-küyün qarşısını alır, həm də yaşayış keyfiyyətini artırır. Bundan əlavə, izolyasiya materialları müasir tikililərdə və müxtəlif sahələrdə vacib rol oynayır. Bu gün izolyasiya materialları artıq sadəcə “yardımçı inşaat materialı” deyil. Onlar əsas və mütləq inşaat elementi kimi qiymətləndirilir. Onlar olmadan müasir tikililərin inşası demək olar ki, mümkün deyil".
Elmir Heydərli
11:19 21.01.2026
Oxunuş sayı: 1587