Avropa aviaşirkətlərinə QADAĞA: İran səması artıq təhlükəli sayılır
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Avropa İttifaqına üzv ölkələrin aviaşirkətlərinə növbəti xəbərdarlığa qədər İranın hava məkanından istifadə etməməyi tövsiyə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Agentliyin yaydığı açıqlamada bildirilib ki, bu qərar İranda milli etirazların zorakılıqla yatırılması və ABŞ ilə İslam Respublikası arasında artan gərginlik fonunda qəbul olunub. EASA bölgədə mövcud olan qeyri-sabit təhlükəsizlik vəziyyətinin mülki aviasiya üçün yüksək risk yaratdığını vurğulayıb.
Məlumata görə, İranda müxtəlif növ silah sistemlərinin və hava hücumundan müdafiə vasitələrinin mövcudluğu və potensial istifadəsi, həmçinin dövlət strukturlarının gözlənilməz hərbi və təhlükəsizlik addımları bütün uçuş hündürlüklərində ciddi təhlükə mənbəyi kimi qiymətləndirilir.
EASA qeyd edib ki, mövcud şərait sərnişin təyyarələrinin təhlükəsizliyini birbaşa təhdid edir və bu səbəbdən aviaşirkətlər riskləri minimuma endirmək üçün İran hava məkanından yan keçməlidirlər.
Kübra Musayeva
12:37 17.01.2026
Oxunuş sayı: 1471