Ermənistan paytaxtı İrəvanda Antikorrupsiya Məhkəməsi rusiyalı oliqarx Samvel Karapetyan barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirini qüvvədə saxlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, yanvarın 15-də Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi Karapetyanın həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxıb. Lakin məhkəmə onun barəsində daha sərt tədbirin seçilməsi ilə bağlı vəsatəti rədd edərək, ev dustaqlığının davam etdirilməsinə qərar verib.
Xatırladaq ki, bundan əvvəl — dekabrın 30-da Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müdafiə tərəfinin vəsatətini təmin etmiş, Samvel Karapetyan barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı və girovla əvəzlənmişdi.
Qeyd olunur ki, 2025-ci il dekabrın 30-da qəbul edilən həmin qərar qüvvədə qalır və hazırkı mərhələdə Karapetyan ev dustaqlığında saxlanılır.
Kübra Musayeva