Türkiyəli mütəxəssis “Yeni Daşkənd” Beynəlxalq Aeroportunun layihə idarəsinin baş meneceri təyin edildi
“Yeni Daşkənd" Beynəlxalq Aeroportunun layihə idarəsinin baş meneceri vəzifəsinə Türkiyədən Berk Albayrak təyin edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Berk Albayrak əvvəllər İstanbulun Sabiha Gökçen hava limanının baş direktoru və Küveytin yeni aeroportunun layihə direktoru kimi fəaliyyət göstərib.
Yeni hava limanı Daşkənd vilayətində 1300 hektar ərazidə inşa olunacaq və tamamlandıqdan sonra illik 20 milyon sərnişinə xidmət göstərə biləcək.
23:34 16.01.2026
Oxunuş sayı: 1213