DİQQƏT: Əmək Məcəlləsi dəyişdi
Əmək Məcəlləsinə edilən son dəyişikliklərə əsasən işçilərin hüquqları genişləndirilib.
Crossmedia.az yeni qaydaları təqdim edir.
Yeni qaydalara görə:
• Uşağın doğulması ilə bağlı kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək.
• Distant işin əlavə şərtləri əmək müqaviləsi ilə müəyyən ediləcək.
• Gecə növbəsinə təyin olunan işçilərin ailə vəzifələri nəzərə alınacaq.
• Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq.
• Müdirin tapşırığı ilə ezamiyyətə getmək məcburi olacaq.
• Ailə vəzifələrinə görə ayrı-seçkiliyə yol vermək qadağan edilir.
• Pedaqoji işçilərə tədris ili ərzində məzuniyyət veriləcək.
• İşçi hərbi xidmətə çağırılanda ona orta aylıq əmək haqqının ən azı 3 misli miqdarında müavinət ödəniləcək.
Bu dəyişikliklər işçilərin hüquqlarını daha da qoruyur və həmçinin ailə məsuliyyətlərini nəzərə alaraq iş mühitini daha ədalətli edir.
22:50 16.01.2026
Oxunuş sayı: 1663