Milli Qəhrəmanın cənazəsi vətənə gətirilib
Azərbaycanın Milli Qəhrəmanı, İsveç Krallığının Malmö şəhərində vəfat edən Şahin Tağıyevin cənazəsi Azərbaycana gətirilib.
Crossmedia.az xəbər verir ki, cənazənin vətənə gətirilməsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilib.
Mərhumla vida və dəfn mərasimi yanvarın 16-da saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək.
22:47 15.01.2026
Oxunuş sayı: 1453