Bu restoran sökülür
Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən “Yardi Superbar” restoranının sökülməsi haqqında qərarı təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, məhkəmə instansiyası Voronejdə “Alekseevski” bazarının həmsahibi, azərbaycanlı iş adamı Yusif Xəlilova məxsus tikilinin qanunsuz olması ilə bağlı bələdiyyənin iddiasını təmin edən regional arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bildirilir ki, sözügedən restoran Voronej şəhərində arxeoloji irs hesab olunan ərazidə tikilib. Bələdiyyə nümayəndələri belə bir zonada tikinti üçün xüsusi icazənin tələb olunduğunu qeyd ediblər. Onların məlumatına görə, müvafiq sənədlər yalnız əvvəllər ərazidə yerləşən və sahəsi təxminən 400 kv. m olan yaşayış evi üçün mövcud olub. (Qafqazinfo.az)
15:11 15.01.2026
Oxunuş sayı: 1276