Azərbaycanlı alim ABŞ-də HƏBS EDİLDİ
ABŞ-də immiqrasiya orqanları Buffalo Universitetində çalışan azərbaycanlı alim Şövqi Hüseynovu saxlayıb və onun deportasiyası gündəmə gəlib.
Crossmedia.az xəbər verir ki, hadisə Buffalo şəhərində baş verib. Bildirilir ki, Şövqi Hüseynovun hər hansı cinayət əməli yoxdur və onun 2029-cu ilə qədər ABŞ-də işləməsinə icazə verən qanuni vizası mövcuddur.
İnsident yanvarın 7-də Sülh körpüsü üzərində baş verib. Hüseynov avtomobili ilə hərəkətdə olarkən səhvən yanlış istiqamətə dönərək Kanadaya keçib. Daha sonra geri qayıdarkən ABŞ sərhədçiləri tərəfindən saxlanılıb.
Hazırda azərbaycanlı alim artıq bir həftədir ki, Batavia şəhərində yerləşən istintaq təcridxanasında saxlanılır. Hadisə ilə bağlı immiqrasiya prosedurları davam edir və məsələnin hüquqi müstəvidə necə həll olunacağı hələlik açıqlanmayıb.
Qeyd edək ki, hadisə ABŞ-də immiqrasiya qaydalarının sərtləşdirilməsi ilə bağlı müzakirələrin getdiyi bir dövrə təsadüf edir.
Kübra Musayeva
16:33 15.01.2026
Oxunuş sayı: 1497