Amerikalı siyasətçi Türkiyəyə xəbərdarlıq edib: Ciddi reaksiyaya hazır olun
ABŞ senatoru Lindsi Qrem Suriya qüvvələrinin və Türkiyənin kurd müttəfiqlərinə qarşı hərəkətlərini sərt tənqid edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, YPG-yə qarşı növbəti təzyiqlər Vaşinqtonun güclü reaksiyasına səbəb ola bilər.
Qrem qeyd edib: “Yeni Suriya hökumətinə şans verməyi dəstəkləyirəm, lakin bizim kurd müttəfiqlərimizə qarşı kobud hücumu qəbul etməyəcəyəm. Bu qüvvələr İŞİD-in məhv edilməsində əsas rol oynayıb və uzun illər İsrail ilə əməkdaşlıq ediblər.
Suriya hökumətinə və Türkiyəyə çağırışım: ağıllı seçim edin.”
21:00 14.01.2026
Oxunuş sayı: 1387