Putin-Lula danışığı: Latın Amerikası gərginliyinə son?
Rusiya Prezidenti Vladimir Putin Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva ilə telefon danışığı keçirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Danışıqlar zamanı tərəflər Venesueladakı vəziyyəti müzakirə ediblər.
Putin və Lula vurğulayıblar ki, Venesuelanın suverenliyi və milli maraqlarının təmin edilməsi ilə bağlı yanaşmaları üst‑üstə düşür.
Tərəflər gərginliyin azaldılması üçün BMT və BRICS çərçivəsində əməkdaşlığı koordinasiya etməyi razılaşdırıblar.
19:50 14.01.2026
Oxunuş sayı: 1233