Azərbaycanın "Yaşıl Enerji" sahəsində tarixi uğuru
8 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilmişdir.Bu mühüm və önəmli hadisə bir daha onu göstərdi ki, Azərbaycanımız dövləti enerji təhlükəsizliyinin təmin olunmasında həmçinin dayanıqlı inkişaf və “yaşıl enerji” strategiyası istiqamətində ardıcıl və məqsədyönlü siyasət yürütməkdədir.
Bu gün artıq ölkəmizdə fəaliyyətə başlayan
Xızı–Abşeron Külək Elektrik Stansiyası dövlətimizin enerji potensialını daha da
gücləndirir,eyni zamanda alternativ və bərpa olunan enerji mənbələrinin payını
artıran strateji layihələrdən biridir. Bu stansiyanın istismara verilməsi
yalnız texniki nailiyyət deyil,eyni zamanda Azərbaycan Respublikasının uzunmüddətli
enerji strategiyasının real nəticəsidir.
Enerji potensialımızın gücləndirilməsi – dövlət siyasətimizin
əsas xətti və əsas məsələlərdən biridir. Prezidentimiz İlham Əliyevin çıxışında vurğuladığı
kimi, Azərbaycanın enerji sektoru bu gün təkcə daxili tələbatı ödəyən deyil,
eyni zamanda regional və qlobal enerji təhlükəsizliyinə töhfə verən bir sahəyə
çevrilib. Xızı–Abşeron Külək Elektrik Stansiyasıda bu siyasətin məntiqi və
uğurlu davamıdır.
Bu stansiyanın
fəaliyyətə başlaması ölkəmizin elektrik enerjisi istehsal imkanlarını artırır, bərpa
olunan enerji mənbələrinin payını yüksəldir, ətraf mühitin qorunmasına mühüm
töhfələr verir,və karbon emissiyalarının azalmasına xidmət edir. Eyni zamanda
bu layihə Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyasının artıq praktik mərhələyə
qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirir. Təbii ki, bu kontekstdə Yeni
generasiya gücləri yaranır və iki yola bölünür: mürəkkəb və məsuliyyətli
yollar.
Son illər ərzində
ölkəmizdə yeni generasiya enerji güclərinin istismara verilməsi həm texniki
baxımdan mürəkkəb, həm də strateji baxımdan son dərəcə məsuliyyətli bir proses
olmuşdur. Bu sahədə atılan hər bir addım Prezidentimiz İlham Əliyevin uzaqgörən
siyasəti, güclü siyasi iradəsi və peşəkar idarəetmə modeli nəticəsində mümkün
olmuşdur.
Xızı–Abşeron
Külək Elektrik Stansiyasında bir sıra müasir texnologiyalar əsasında qurulub, beynəlxalq
standartlara cavab verir, yüksək səmərəlilik və etibarlılıq prinsiplərinə əsaslanır.
Bu cür layihələrin
icrası göstərir ki, Azərbaycan höküməti yalnız ənənəvi enerji istehsalçısı
deyil, eyni zamanda innovativ və ekoloji cəhətdən məsuliyyətli enerji ölkəsidir.
Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanın
müstəqilliyini daha da möhkəmləndirir, iqtisadi təhlükəsizliyini gücləndirir və
gələcək nəsillər üçün sağlam enerji mühiti yaradır. Xızı–Abşeron Külək Elektrik
Stansiyasının açılışı da məhz bu dövlətçilik xəttinin növbəti parlaq təzahürüdür.
Bu layihə bir
daha sübut edir ki:Azərbaycan dövləti strateji baxışa malikdir, enerji siyasəti
milli maraqlara əsaslanır, inkişaf davamlı və planlı şəkildə həyata keçirilir.
Əminliklə demək olar ki, bu cür layihələr ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq,və Azərbaycanımızı “yaşıl enerji” sahəsində regional liderlərdən birinə çevirəcəkdir.

Elgün Rüstəmli
YAP Yasamal
rayon təşkilatının gənc fəalı
13:53 13.01.2026
Oxunuş sayı: 5365