Türk lideri Rauf Raif Denktaşın anım günü
Bu gün, 13 yanvar, Kıbrıs Türk toplumunun müstəqillik mübarizəsinin önəmli simalarından biri, KKTC-nin ilk prezidenti Rauf Raif Denktaşın anım günüdür.
Belə ki, o, 1924-cü ildə Kıbrısın Baf şəhərində anadan olmuşdur. Atası mərhum hakim Mehmet Raif bəy, anası isə Əminə xanım idi. Ailənin altıncı və son uşağı olan Rauf Denktaş atasını 17 yaşında, anasını isə çox kiçik yaşda itirmiş və balaca yaşlarından babası Şeherli Mehmed və nənəsi tərəfindən böyüdülmüşdür.
Təhsil həyatına 1930-cu ildə İstanbulda başlayan Denktaş, Fevzi Ati Liseyində oxumuş, orta məktəbini bitirdikdən sonra Kıbrısa dönərək 1941-ci ildə Lefkoşa İngilis Məktəbini başa vurmuşdur. Daha sonra İngilis Hərbi Qərargahında tərcüməçi, katib və müəllim kimi işləmişdir. 1944-cü ildə British Council-in təqaüdü ilə İngiltərədə hüquq təhsili almış, 1947-ci ildə Lincoln’s Inn-i bitirərək Kıbrısa dönmüş və vəkil kimi fəaliyyətə başlamışdır.
Siyasi həyatı 1942-ci ildə Dr. Fazıl Küçük tərəfindən təsis edilən “Xalqın Səsi” qəzetində yazılar yazmaqla başlamışdır. 1957-ci ildə Türk Müqavimət Təşkilatını (TMT) yaratmış, 1963-cü ildə “Qanlı Noel” hadisələrindən sonra Londra Konfransında Kıbrıs Türk toplumunu təmsil etmişdir.
1974-cü ildə baş verən Yunan hərbi çevrilişi nəticəsində Kıbrıs Barış Hərəkatının başlanmasına səbəb olmuş, 1975-ci ildə Kıbrıs Türk Federe Dövləti elan edilmiş və həm dövlət, həm də parlament sədri olmuşdur. 1983-cü ildə Kuzey Kıbrıs Türk Cumhuriyeti (KKTC) elan edilərək ilk prezident seçilmiş, 2005-ci ilə qədər müxtəlif dövrlərdə dövlət başçısı olmuşdur.
Rauf Denktaş ingilis və rum dillərini yaxşı bilmiş, yazarlıq və fotoqrafiya ilə məşğul olmuş, 50-dən çox kitab yazmış, yüzlərlə məqalə və bir film ssenarisinə imza atmışdır. 13 yanvar 2012-ci ildə 88 yaşında vəfat etmiş və Lefkoşa’dakı Cumhuriyyət Parkında dəfn olunmuşdur.
Rauf Raif Denktaşın həyatı və fəaliyyəti, Kıbrıs Türk toplumunun müstəqillik mübarizəsində oynadığı rol onu həm Kıbrıs tarixində, həm də dünya siyasətində əhəmiyyətli bir sima etmişdir. Onun ideyaları, qətiyyəti və vətənpərvərliyi həm yerli, həm də beynəlxalq aləmdə böyük hörmət qazanmasına səbəb olmuşdur.
Fatimə Məmmədova
13:15 13.01.2026
Oxunuş sayı: 1280