Zelenski ABŞ-yə səfərə etməyə hazır olduğunu açıqlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar üçün səfərə hazırdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
Nazir bildirib ki, həm prezident, həm də Ukrayna delegasiyası ədalətli sülhün mümkün qədər tez təmin olunması məqsədilə ABŞ-yə səfərə hazırdır:
“Biz maksimum sürətlə Ukrayna üçün ədalətli sülhə yaxınlaşmaq üçün hazırıq. Biz bir çox sahələrdə irəliləyiş əldə etmişik, həm sənədlərin məzmununun razılaşdırılması, həm hüquqi mahiyyətinin anlaşılması, həm də sənədləri yekunlaşdırmaq üçün addımların ardıcıllığı üzrə”, - deyə nazir qeyd edib.
Sibiqa bildirib ki, hazırda Zelenski delegasiyanın rəhbəri və üzvlərindən əldə olunan irəliləyiş barədə ətraflı hesabat gözləyir.
Fatimə Məmmədova
17:10 09.01.2026
Oxunuş sayı: 1487