Tehran meri: Etirazçılar məscidlərə və xəstəxanalara hücum edib
Etirazçılar xaos yaratmaq və yanlış görüntü təqdim etmək məqsədilə xəstəxanalara, iki tibb mərkəzinə, 26 banka, 25 məscidə, Bəsic bazalarına və hüquq-mühafizə orqanlarına hücum ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, bunları Tehran meri Əlireza Zakani açıqlamasında bildirib.
Bundan əlavə, o, qeyd edib ki, səkkiz ağır yanğınsöndürmə maşını da daxil olmaqla ümumilikdə 48 yanğınsöndürmə maşını yandırılıb və yanğınsöndürənlər işlərini yerinə yetirərkən hədəfə alınıblar.
Kübra Musayeva
17:06 09.01.2026
Oxunuş sayı: 1506