İran ABŞ və İsraili ölkədəki iğtişaşlara görə ittiham edib
İranın Ali Milli Təhlükəsizlik Şurası bəyan edib ki, ölkədə son günlər baş verən iğtişaşlar İsrail və ABŞ-nin təsiri ilə baş verib.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
Bəyanatda qeyd olunub ki, əvvəlcə etirazlar iqtisadi qeyri-sabitliklə bağlı olsa da, sionist düşmən ölkədə sabitliyi pozmaq üçün hərəkət edib. ABŞ prezidenti Donald Trampın son açıqlamaları isə, İranın fikrincə, xalqın həyatını pozmaq məqsədilə iki rejim arasında sövdələşmənin təsdiqi kimi qiymətləndirilir.
İranın Ali Milli Təhlükəsizlik Şurası vurğulayıb ki, xalq eyni birliyi nümayiş etdirərək düşmənin planlarını alt-üst edəcək.
Kübra Musayeva
16:58 09.01.2026
Oxunuş sayı: 1348