“Will For Peace 2026” dəniz təlimləri Cənubi Afrikada başlayıb
BRICS Plus ölkələrindən bir neçəsinin iştirakı ilə “Will For Peace 2026” adlı dəniz təlimləri Cənubi Afrikada start götürüb. Bu barədə Cənubi Afrika Respublikasının Müdafiə və Hərbi Veteranlar Nazirliyi məlumat yayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin Facebook sosial şəbəkəsində paylaşdığı açıqlamaya əsasən, təlimlər 9–16 yanvar 2026-cı il tarixlərində Cənubi Afrikanın ərazi sularında keçiriləcək. Təlimlər çoxtərəfli dəniz əməkdaşlığı xarakteri daşıyır və aparıcı ölkə kimi Çin çıxış edir.
Pretoriya hələlik təlimlərdə iştirak edən ölkələrin tam siyahısını və cəlb olunan gəmilərin sayını açıqlamayıb. Rəsmi məlumatda yalnız Çin və Cənubi Afrikanın adı çəkilir.
Bununla yanaşı, Cənubi Afrika mediasının məlumatına görə, “Will For Peace 2026” təlimlərində İran və Rusiyaya məxsus gəmilər də iştirak edir. İndoneziya və Efiopiya isə təlimlərdə müşahidəçi statusuna malikdir.
15:55 09.01.2026
Oxunuş sayı: 1373