Zaxarova “Marinera” tankerinin ekipajındakı Rusiya vətəndaşları ilə bağlı açıqlama verib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 9-da “Marinera” tankerinin ekipajında olan Rusiya vətəndaşları ilə bağlı vəziyyəti şərh edib.
Crossmedia.az bildirir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb. Açıqlamada qeyd olunur: “Bizim müraciətimizə cavab olaraq ABŞ prezidenti D. Tramp Şimali Atlantikdə aparılan əməliyyat zamanı Amerika tərəfi tərəfindən saxlanılmış “Marinera” tankerinin ekipajından iki Rusiya vətəndaşının azad olunması barədə qərar qəbul edib. Biz bu qərarı alqışlayır və ABŞ rəhbərliyinə minnətdarlığımızı bildiririk. Hazırda həmvətənlərimizin ən qısa zamanda Vətənə qaytarılması ilə bağlı bütün məsələlərin təcili praktiki həllinə başlayırıq”.
15:45 09.01.2026
Oxunuş sayı: 1491