Türkiyə və Suriya XİN rəhbərləri Hələbdəki gərginliyi müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya xarici işlər naziri Əsəd Hasan Şeybani ilə telefon danışığı aparıb. Tərəflər Suriyanın Hələb şəhərində baş verən son hadisələr ətrafında fikir mübadiləsi ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hazırda Hələbdə hökumət qüvvələri ilə PKK terror təşkilatının Suriyadakı qolu olan YPG silahlıları arasında toqquşmalar davam edir.
Qeyd edək ki, bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Suriya Prezidenti Əhməd əş-Şaraa ilə telefon danışığı apararaq ölkədəki mövcud vəziyyəti müzakirə edib.
Nəzrin Abbas
15:40 09.01.2026
Oxunuş sayı: 1412