Ukraynanın Dobra litium yatağı ABŞ-nin konsorsiumuna təhvil veriləcək
Ukrayna Kirovohrad vilayətində iri Dobra litium yatağının işlənməsini ABŞ prezidenti Donald Trampın çevrəsi ilə əlaqəli konsorsiuma təhvil verir.
Crossmedia.az bu barədə "The New York Times"-a istinadən xəbər verir.
Tenderdə milyarder Ronald Lauder və qismən ABŞ hökumətinə məxsus TechMet şirkəti də daxil olmaqla bir qrup investor qalib gəlib. Qərar artıq komissiya tərəfindən təsdiqlənib və Nazirlər Kabinetində təsdiqini gözləyir.
Kübra Musayeva
15:44 09.01.2026
Oxunuş sayı: 1368