Rusiya Müdafiə Nazirliyi: Rusiya Zelenoyenı yenidən işğal etdi
Rusiya Silahlı Qüvvələri Zaporojye bölgəsində yerləşən Zelenoye yaşayış məntəqəsini nəzarətə götürüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, taktiki baxımdan mühüm əhəmiyyətə malik Zelenoye kəndi “Vostok” qoşun qrupunun tərkibində fəaliyyət göstərən 5-ci Birləşmiş Silahlı Ordunun 394-cü Qvardiya motoatıcı alayının bölmələri tərəfindən azad edilib. Əməliyyat zamanı Rusiya qüvvələri 8 kvadrat kilometrdən çox ərazini əhatə edən Ukrayna müdafiə zonasını ələ keçirib və düşmənin beş əks-hücumu dəf edilib.
Rusiya tərəfi bildirir ki, nəticədə Ukrayna Silahlı Qüvvələri canlı qüvvə və texnika baxımından ciddi itkilər verib.
Müdafiə Nazirliyinin məlumatına əsasən, son bir həftə ərzində Rusiya ordusu Sumı bölgəsində Qrabovskoye, Donetsk Xalq Respublikasında Bondarnoye, Dnepropetrovsk vilayətində Bratskoye və Xarkov vilayətində Podoli olmaqla ümumilikdə beş yaşayış məntəqəsini nəzarətə götürüb.
Eyni zamanda Ukraynanın hərbi-sənaye kompleksi obyektlərinə, yanacaq-enerji infrastrukturlarına və Silahlı Qüvvələrin hərbi obyektlərinə qarşı bir kütləvi və dörd qrup zərbəsinin endirildiyi qeyd olunub.
Nəzrin Abbas
15:30 09.01.2026
Oxunuş sayı: 1600