Aİ rəhbərliyi Suriyaya səfər edib
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Suriyaya səfər ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ursula fon der Lyayen “X” sosial şəbəkə hesabında paylaşım edib.
Səfər çərçivəsində Aİ liderləri Suriya Prezidenti Əhməd Əl-Şaraa ilə görüş keçiriblər.
Avropa Komissiyasının Prezidenti bildirib ki, Avropa İttifaqı Suriyanın bərpası və yenidən qurulması prosesinə dəstək vermək üçün əlindən gələni edəcək.
Nəzrin Abbas
14:55 09.01.2026
Oxunuş sayı: 1391