İranda etirazçılar Dezfuldə din xadiminin məqbərəsinə ziyan vurublar
İranda davam edən etirazlar zamanı Xuzistan əyalətinin Dezful şəhərində din xadimi Seyid Mahmudun məqbərəsinə ziyan dəyib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bir qrup etirazçı məqbərəyə daxil olaraq obyektə zərər vurub. Hadisənin səbəbləri tam aydın olmasa da, bölgədəki sosial gərginlik və etiraz aksiyaları ilə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, Hadisə yerində təhlükəsizlik qüvvələri tədbirlərini gücləndirib.
Nəzrin Abbas
14:20 09.01.2026
Oxunuş sayı: 1923