İranın ali lideri: İslam Respublikası xarici qüvvələr qarşısında geri çəkilməyəcək
İranın ali lideri Əli Xamenei bəyan edib ki, İran İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək və ölkədə baş verən etirazları xarici dövlətlərin maraqlarına xidmət etmək cəhdi kimi qiymətləndirərək buna dözməyəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
O vurğulayıb ki, xarici qüvvələr üçün işləyən hər kəs həm xalq, həm də İslam sistemi tərəfindən rədd ediləcək.
Səriyyə Tağıyeva
14:01 09.01.2026
Oxunuş sayı: 1643