Zelenski: Rusiya dronu Kiyevdə Qətər səfirliyasının binasına ziyan vurub
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ötən gecə Rusiya pilotsuz uçuş aparatı Kiyevdə Qətər səfirliyasının binasına zərər yetirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib. Onun sözlərinə görə, hücum Qətərin Rusiya ilə vasitəçilik edərək hərbi əsirlərin və Rusiya həbsxanalarında saxlanılan mülki şəxslərin azad olunması üçün mühüm səylər göstərdiyi bir dövrdə baş verib.
Ukrayna prezidentinin məlumatına əsasən, gecə ərzində Rusiya ordusu Ukraynaya qarşı ümumilikdə 242 pilotsuz uçuş aparatı, 13 ballistik raket, bir “Oreşnik” raketi və 22 qanadlı raket buraxıb.
Zelenski vurğulayıb ki, diplomatik missiyalara və mülki obyektlərə zərbələr beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və Ukrayna bu hücumlara qarşı beynəlxalq ictimaiyyətin daha sərt mövqe sərgiləməsini gözləyir.
Türkan Kərimli
13:19 09.01.2026
Oxunuş sayı: 1845