“Brent” neftinin qiyməti 62 dolları ötüb
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin mart müqaviləsinin dəyəri 0,66% artaraq 1 barelə görə 62,4 ABŞ dolları təşkil edib.
Crossmedia.az-ın məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin fevralayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,69% artaraq 58,16 ABŞ dollarına bərabər olub.
09:14 09.01.2026
Oxunuş sayı: 1352