Ukraynada məktəblər və universitetlər distant təhsilə keçə bilər
Ukrayna hakimiyyəti əlverişsiz hava şəraiti səbəbindən məktəb və universitetləri müvəqqəti olaraq distant təhsilə keçirməyi nəzərdən keçirir.
Crossmedia.az xəbər verir k, bu barədə Ukraynanın Baş naziri Yuliya Svırıdenko özünün Telegram kanalında bildirib.
Onun sözlərinə görə, artıq müvafiq departamentlərə və regional administrasiyalara müvafiq göstərişlər verilib.
Sviridenko bildirib ki, "Təhsil və Elm Nazirliyi digər mərkəzi icra hakimiyyəti orqanları, regional və Kiyev şəhər hərbi administrasiyaları ilə birlikdə əyani təhsilin müvəqqəti olaraq dayandırılmasını təcili olaraq nəzərdən keçirməlidir".
01:25 09.01.2026
Oxunuş sayı: 1479