ABŞ “kölgə donanması”na aid daha bir tankeri ələ keçirdi
ABŞ səlahiyyətli qurumları Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən daha bir tankeri saxlayıb.
Crossmedia.az xəbər verir ki,Reuters agentliyinin məlumatına görə, Olina adlı tanker Karib dənizində, Trinidad yaxınlığında ələ keçirilib.
Qeyd olunur ki, gəmi əvvəllər Timor-Leste bayrağı altında üzürdü. Mənbələrin bildirdiyinə görə, bu, Vaşinqtonun Venesuela neft ixracına nəzarət çərçivəsində son həftələrdə həyata keçirdiyi beşinci oxşar əməliyyatdır.
Ukrayna kəşfiyyatının (GUR) məlumatına əsasən, tanker eyni zamanda sanksiyalardan yan keçməklə Rusiya nefti də daşıyıb.
19:43 09.01.2026
Oxunuş sayı: 1232