Rusiya AZAL təyyarəsinin vurulmasına əmr verdiyi bildirilən general-mayor Aleksandr Tolopiloya qarşı irəli sürülmüş bütün ittihamları ləğv edib.
Crossmedia.az xəbər verir ki, 2 sentyabr 2025-ci il tarixində keçirilmiş formal “xüsusi müşavirə”də yalnız gələcək oxşar hadisələrin qarşısının alınması ilə bağlı texniki qərarlar qəbul olunub. Tolopilo ilə bağlı bütün xidməti araşdırmalar dayandırılıb və o, heç bir məsuliyyət daşımadan xidmətini davam etdirir.
Qeyd olunur ki, ötən ilin sonunda Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidentinə istintaqın sona çatacağı və günahkarların cəzalandırılacağı ilə bağlı vəd vermişdi. Lakin bu vədlərdən əvvəl Tolopiloya qarşı ittihamların artıq ləğv edildiyi məlum olub.

Rusiya İstintaq Komitəsi cinayət işinin bağlanmasına dair açıqlama verməyib, Rusiya səfirliyi isə mövzunu şərh etməkdən imtina edib. (Minval)