“Neftçi” Qazaxıstan çempionuna böyük hesabla qalib gəlib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan “Neftçi” ilk yoxlama oyununu keçirib.
Crossmedia.az xəbər verir ki, “ağ-qaralar” Qazaxıstanın son çempionu "Kayrat" ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Marat Salyanski, Vensan Abubakar və Murad Məmmədov vurublar.
Qeyd edək ki, “Neftçi” hazırlıq çərçivəsində daha 2 oyun keçirəcək. Bakı klubu yanvarın 13-də “Piramids” (Misir), 16-da isə “Çendu Ronqçenq” (Çin) klubları ilə üz-üzə gələcək.
19:05 09.01.2026
Oxunuş sayı: 1236