Türkiyə müdafiə alyansına qoşulmaq üçün danışıqlar aparır
Türkiyə Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən yaradılmış müdafiə alyansına qoşulmaq üçün danışıqlar aparır.
Danışıqlar yekunlaşmaq üzrədir və razılaşmanın əldə olunacağı gözlənilir.
Crossmedia.az Bloomberg-ə istinadən xəbər verir.
2025-ci ilin sentyabrında Səudiyyə və Pakistan arasında imzalanan müqavilə kollektiv müdafiə maddəni əhatə edir, bu maddəyə əsasən bir üzvə edilən hücum bütün üzvlərə edilən hücum kimi qəbul edilir — NATO-nun 5-ci maddəsinə bənzər.
Qeyd edək, İsrailin keçən ilin iyun ayında İrana hücumundan sonra Səudiyyə Ərəbistanı öz müdafiəsini sığortalamaq və atom silahı çətiri altında qorunmaq üçün Pakistanla bu müqaviləni bağlayıb. Müqavilə Səudiyyənin təklifi ilə ərsəyə gəlib.
19:50 09.01.2026
Oxunuş sayı: 1765