Ermənilər və yunanlardan Avstraliyadakı azərbaycanlılara qarşı nifrət kompaniyası
Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) sədri Mikayıl Oyta ölkədəki vəziyyətlə bağlı narahatlıqlarını Avstraliya Qanun və Təhlükəsizlik Komitəsinin üzvü Carly McKennaya çatdırıb. Müraciətdə bəzi icmaların Azərbaycan, azərbaycanlılar, eləcə də Türkiyə və türk xalqına qarşı təbliğat apardığı və Azərbaycan icmasının üzvləri, o cümlədən məktəbli uşaqların irqçi davranışlarla üzləşdiyi vurğulanıb. AAA müraciət vasitəsilə nifrət nitqi ilə bağlı aparılan araşdırmada iştirak etmək istədiyini bildirib.
Avstraliya Qanun və Təhlükəsizlik Komitəsinin üzvü Carly McKenna isə rəsmi müraciətlərin parlamentin submissions portalı vasitəsilə qəbul olunacağını açıqlayıb.
Mikayıl Oyta bildirib ki, ermənilər, yunanlar belə bir fikir formalaşdırıb ki, guya Azərbaycan onlara qarşı soyqırım edir və azərbaycanlılar onlara nifrət edirlər: " Lakin işin əsl mahiyyəti belədir: azərbaycanlılar onlara nifrət etmir, əksinə, onlar azərbaycanlılara və Avstraliyada yaşayan icmamıza nifrət göstərir və təhdidlər yaradır. 2011-ci ildə də belə bir hadisə baş vermişdi. Azərbaycanlılar öz hüquqlarını müdafiə edərək məhkəmədə haqlı çıxmışdılar".
Mikayıl Oytanın sözlərinə görə, hətta 12 yaşlı azərbaycanlı qıza qarşı fiziki təhdid və zorakılıq halları baş verib:
"Biz Avstraliyada belə təhdid və haqsızlıqları qəbul edə bilmirik və məqsədimiz yalnız öz icmamızın təhlükəsizliyini təmin etməkdir".
Fatimə Məmmədova
13:08 07.01.2026
Oxunuş sayı: 5535